Azərbaycan komandası Bakıda cüdo üzrə keçirilən “Böyük dəbilqə” turnirinə uğurla start verib.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə cüdoçularımız – 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qızıl, eyni çəki dərəcəsində Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar. Aktivində üç medal olan yığmamız ümumi komanda hesabında birinci yeri tutub.
Yekun nəticəyə görə, yarışda ilk üç yeri tutan idmançılara mükafatlar təqdim edilib.